preload preload preload preload

Danimarkada 2010 Novruz şənliyi


13 Nisan 2010 Tədbirlər Şərh Yazın

Hər bir azərbaycanlının böyük sevincidir Novruz bayramını el adət-ənənəsiylə keçirmək. O, cümlədən də Danimarkada yaşayan azərbaycanlı həmvətənlərimiz bu bayramı millətimizə layiq şəkildə qeyd ediblər. Novruzun yaraşığı olan səmənilər, şəkərbura-paxlava, şor qoğalı və bayram xonçaları masalara öz gözəlliyini verdi. Yumurta döyüşdürmə səhnəsi də yaddan cixmadı, bu bayramın çox həyacanlı və sevincli keçməsinə şərait yaratdı. Bu bayramın qeyd olunmasında Danimarka “VƏTƏN” cəmiyyətinin və Danimarka Azərbaycan Türk Qadınlar Birliyinin böyük təşəbbüsü oldu. Biz hər zaman birliyimizi göstərərək, Azərbaycanımızın milli bayramlarının qeyd olunması və xaricdə yaşayan həmvətənlərimizin bir araya toplaşaraq şənlənməsi təşəbbüsündə iştirak edəcəyik.
Bu bayram şənliyində hər zamankı kimi uşağların sevinci böyüklərdən daha çox özünü biruzə verirdi. Hər bir uşaq vətəndən uzaqlarda olduğuna baxmayaraq ana dilimizdə gözəl şeirləriylə, mahnılarıyla və rəqsləriylə
insanlarda sevinc hissi oyatdı. Uşaqların sevinci bizim hamımızın sevincidir, hər zaman çalışırıq ki, gələcəyimiz sayılan əziz uşaqlarımızda bu sevinci yaşadaq, vətənə, milli adət-ənənələrimizə məhəbbəti gələcək nəsillərə ötürək. Dəyərli Təranə xanım da hər zaman uşaqlara bu cür şənliklərdə çox böyük ruh yüksəyliyi verir, bir pedaqoq kimi öz bacarığını göstərirdı.

Hörmətlə DAT-GB

  • Şərh Yazın