Baş səhifə / Dünya / Adnan Oktara böyük cəza

Adnan Oktara böyük cəza

A9 kanalı vasitəsilə tez -tez canlı yayıımlara çıxıb din adı altında etdiyi söhbətlərlə gənclərdə fikir çaşqınlığı yaradan Adnan Oktarın kanalı izləyicilərin şikayəti əsasında cəzalandərılıb. RTÜK (Radio və Televizoion Üst Kurulu)  kanalın yayımlarının 5 dəfə saxlanılması və kanalın 50 000 dollar cərimə edilməsi barədə qərar qıbul edib.

Necə deyərlər, qurunun oduna yaş da yanıb. Belə ki, RTÜK həmçinin Adnan Oktara internet kanallarla yayım  qadağası qoyub. Üstəlik, bu qadağa yalnız Adnan Oktara deyil, internet kanallar vasitəsilə  yayım edən bütün telekanallara və film istehsalçılarına aiddir. Etik normaları pozan bütün yayımların cərimələnməsi gözlənilir.

Qərar Türkiyə icttimaiyyti tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları bunu söz azadlığının pozulması kimi dəyərləndirir.

İlhamə Rəsulova / Bizim Yol

Bunu da oxu:

Azərbaycanda yayılmış epidemiya: Göz qripi nədir və ondan necə qorunmaq olar?

Azərbaycanda yayılmış epidemiya: Göz qripi nədir və ondan necə qorunmaq olar?

Son aylar bütün respublikada yayılmış kəskin respirotor qrip infeksiyasından sonra başlayan daha bir xəstəlik də …