Baş səhifə / Cəmiyyət / Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin statusu dəyişdi

Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin statusu dəyişdi

Milli Məclis Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakiminin statusu ilə bağlı məsələyə baxıb.

Bizim Yol xəbər verir ki, “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakiminin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq.

Həmçinin Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulan təminatlar Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakimə də şamil ediləcək.

Layihə səsvermədə qəbul olunub.

Rəşad VAQİFOĞLU

Bunu da oxu:

Evimizdəki gizli düşmən - Uşaqlarınızı bu qorxunc təhlükədən qoruyun

Evimizdəki gizli düşmən: Uşaqlarınızı bu qorxunc təhlükədən qoruyun! (Video)

Türkiyənin Bursa şəhərində yaşayan 16 yaşlı Əhməd. R dostuyla “Mavi Balina” oyununu oynadıqdan sonra yaxınlıqdakı  …