Baş səhifə / Araşdırma / Bakıda zavodda baş vermiş partlayışda təxribat ehtimalı
Zavoddakı partlayışda təxribat ehtimalı

Bakıda zavodda baş vermiş partlayışda təxribat ehtimalı

Politoloq Elxan Şahinoğlu: “Baş verən hadisə təxribat olsa belə, bu, növbədənkənar seçkini dəyişmək iqtidarında deyil”

“Azərbaycanda təxribat törədilməsi ehtimalı hər zaman var. Çünki biz Ermənistanla müharibə şəraitində olan dövlətik. Dəfələrlə belə hadisələr olub və metronu, avtobusu partladıblar. Yəni belə hadisələrlə 25-30 ildə çox rastlaşmışıq. Ancaq zavodda baş verən partlayış hadisəsinin növbədənkənar prezident seçkisi ilə əlaqədar olduğuna bir az şübhəylə yanaşıram”.

Bunu Bizimyol.info saytına şərhində politoloq Elxan Şahinoğlu deyib. O, fevralın 6-da Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunda yanğınla müşayiət olunan partlayışın təxribat ola biləcəyi ilə bağlı sosial şəbəkələrdə yazılanlara aydınlıq gətirib.

Elxan Şahinoğlu

Fövqəladə Halalr Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin hadisə ilə bağlı məlumatlarında qeyd edilir ki, zavodun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib. Nəlumatda o da qeyd edilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisədən sonra sosial şəbəkə istifadəçiləri partlayışın növbədənkanar prezident seçkilərinin təyin edilməsi ilə bağlı ölkə başçısının verdiiyi sərəncamdan bir gün sonra olduğunu qeyd edərək, hadisənin təxribat olma ehtimalına toxunublar.

Elxan Şahinoğlu isə deyir ki, baş verən hadisə təxribat olsa belə, bu, növbədənkənar seçkini dəyişmək gücündə deyil: “Tam əksinə, belə hadisələr hakimiyyətin qətiyyıtini artıracaq ki, həqiqətən seçkini oktyabrda yox, daha tez – apreldə keçirərək, bu cür halların qarşısını daha qıza zamanda ala bilsin” – deyə ekspert bildirir.

Qeyd edək ki, dünən gündüz saatalrında Bakının Nərimanov rayonunda yerləşən zavodun ərazisində də yanğın hadisəsi olub. Keşlə qəsəbəsində yerləşən Qara Metal Zavodundakı yanğın FHN-nin canlı qüvvəsi və texnikası vasiktəsilə söndürülüb. Zavodun səlahiyyətli şəxsləri mediaya açıqlamalarında yanğının zavod binasından kənarda, tullantılar olan ərazidə baş verdiyini deyiblər.

Rəşad VAQİFOĞLU / Bizim Yol

Bunu da oxu:

“İcra başçısının vəzifəli qohumu torpaqları zəbt edib” – vəzifəli şəxsə ağır ittiham (Fotolar)

Zərdabda 186 hektar bələdiyyə torpağını kimlər və necə ələ keçirib? Çallı kəndinin sakinləri: “Korrupsiya əməlinə …