Baş səhifə / Manşet / Bakının bu ərazisində evlərin təcili söküləcəyi xəbərlərinə rəsmi cavab
Bakının bu ərazisində evlərin təcili söküləcəyi xəbərlərinə rəsmi cavab

Bakının bu ərazisində evlərin təcili söküləcəyi xəbərlərinə rəsmi cavab

Redaksiyamıza Bakı şəhər Xətai rayonu sakinləri tərəfindən daxil olan çoxlu sayda telefon zəngləri demək olar ki, eyni mövzunu əhatə edirdi. Bu rayonun Qara şəhər, Bakı İstilik Elektrik Mərkəzi adlanan yaşayış massivində evlərin  tezliklə söküləcəyi barədə gəzən xəbərlərin doğru olub-olmaması ərazidə yaşayan insanları haqlı olaraq narahat edirdi.  Üstəlik, tezliklə ərazinin köçürüləcəyi xəbərləri ilə tez- tez xəbər yayan mənzil istismar sahəsinin əməkdaşları bu vəziyyətdən öz xeyirlərinə istifadə edirlər.

Məsələ ilə Bağlı Xətai Rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb məsələylə aydınlıq gətirdik. Sualarımıza Xətai Rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar Şöbəsinin müdiri Pənah İmanov cavab verdi.

– Pənah bəy, bildiyimizə görə, Xətai rayonun da dəniz kənarı boyunca məskunlaşan  əhalinin evləri Bakı şəhər milli parknın ərazisinin genişləndirilməsi ilə əlaqədar plana düşüb. Eyni zamanda Ağ Şəhər layihəsinin davamı olaraq digər küçələrdəki evlərin plana düşəcəyi bildirilir.

– Bəli, doğrudur. Artıq bir neçə ildir belə bir plan var. Ərazidə tikilmiş bütün evlər xəritəyə daxil edilib. Videogörüntülər çəkilib, aidiyyatlı qurumlara təhfil verilib.

–  Bu ərazidə yerləşən Bakı Elektrik İstilik zavodunda artıq söküntü işlərinə başlanılıb. Yaşayış evlərinin də tezliklə söküləcəyi deyilir.

– Bu məlumat əsassızdır. Əvvəl-axır söküntü olacaq. Perspektiv planda var. Lakin bu tezliklə gözlənilmir.

– Ərazidə sökülən evlərə görə ayrılacaq vəsait şəhərin plana düşən digər ərazilərindəki evlərin qiyməti ilə eyni səviyyədə olacaqmı?

– Buna zamanı gəlincə İcra Hakimiyyəti və əlaqədar qurumlar qərar verəcək. İndiyə qədər heç kim dövlət planlama siyasətindən narazı qalmayıb.

Qeyd edək ki, əhali arasında gəzən daha bir məlumata görə, sökülən evlərin sakinəri Ağ Şəhər layihəsi çərçivəsində  tikilən evlərə köçürüləcək. Bu barədə əlaqədar qurumlara verdiyimiz sualların heç birində məlumat təsdiqlənmədi.

İlhamə Rəsulova / Bizim Yol

Bunu da oxu:

Tikdiyi binanı başa çatdırmayan Komitə sədrinin qardaşından sərt açıqlama: "Siz kimsiz mənə zəng vurursunuz..."

Tikdiyi binanı başa çatdırmayan Komitə sədrinin qardaşından sərt açıqlama: “Siz kimsiz mənə zəng vurursunuz…”

“Galaxy Palace” MMC-nin 2011-ci ildə Bakı şəhəri Həsən Əliyev küçəsində inşasına başladığı yaşayış binasının tikintisində …