Baş səhifə / Cəmiyyət / “Bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər azalmır”

“Bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər azalmır”

“Bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlərin sayının azalmaması təəssüf doğurur”.

Bizim Yol-un xəbərinə görə, bunu Milli Məclisdə ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrin fəaliyyəti ilə bağlım illik məruzəsindən sonra çıxış edən deputat Qənirə Paşayeva deyib. O bildirib ki, vətəndaşların bələdiyyələrdən gözləntiləri çoxdur, ona görə də bu qurumlara müraciətlər çox edilir. Deputat vurğulayıb ki, vətəndaşların müraciətlərinə daha çevik baxılması mexanizmlərini müəyyən etmək lazımdır. Bələdiyyə torpaqlarının əhəmiyyətinə toxunan deputat bildirib ki, həmin torpaqların səmərəli istifadə edilməsi ilə bağlı görülə biləcək işlərə də baxmaq lazımdır.

Rəşad VAQİFOĞLU

Bunu da oxu:

Evimizdəki gizli düşmən - Uşaqlarınızı bu qorxunc təhlükədən qoruyun

Evimizdəki gizli düşmən: Uşaqlarınızı bu qorxunc təhlükədən qoruyun! (Video)

Türkiyənin Bursa şəhərində yaşayan 16 yaşlı Əhməd. R dostuyla “Mavi Balina” oyununu oynadıqdan sonra yaxınlıqdakı  …