Baş səhifə / Cəmiyyət / Deputat bələdiyyələri tənqid etdi

Deputat bələdiyyələri tənqid etdi

Qüdrət Həsənquliyev: “Çox zaman icra hakimiyyətləri qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür”

Parlamentdə ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrin fəaliyyəti ilə bağlım illik məruzəsindən sonra deputatlar çıxış ediblər. Bizimyol.net xəbər verir ki, deputat Qüdrət Həsənquliyev bələdiyyələrin fəaliyyətini tənqid edib. O bildirib ki, prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək verir, lakin bələdiyyələr onların fəaliyyətinə mane olur.

“Bəzən sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir. Bütün sənədlər hazır olanda bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli İcra hakimiyyətiləri ilə birlikdə cinayət sövdələşməsinə gedib sahibkarların marağına toxunurlar. Bələdiyyə sədrləri ərazidəki sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra o materialların pulu verilmir. Hesab edirəm ki, Ədliyyə Nazirliyi bu qanunsuzluqarın qarşısının alınmasında xüsusi rol oynamalıdır”.

Q.Həsənquliyev vurğulayıb ki, çox zaman icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür. “Mənə bir diş həkimi müraciət etmişdi, onun obyektini qanunsuz halda icra hakimiyyəti tərəfindən sökülmüşdü. Bələdiyyə isə bu məsələdə vətəndaşın tərəfində olmur”.

Müzakirələrdəbn sonra illik hesabat səsvermə ilə təsdiqlənib.

Rəşad VAQİFOĞLU / Bizim Yol

Bunu da oxu:

Evimizdəki gizli düşmən - Uşaqlarınızı bu qorxunc təhlükədən qoruyun

Evimizdəki gizli düşmən: Uşaqlarınızı bu qorxunc təhlükədən qoruyun! (Video)

Türkiyənin Bursa şəhərində yaşayan 16 yaşlı Əhməd. R dostuyla “Mavi Balina” oyununu oynadıqdan sonra yaxınlıqdakı  …