Baş səhifə / Dünya / Kişi arvadının böyrəyini oğurlayıb satdı. Səbəb sizi heyrətləndirəcək! (Foto | Video)
12 yaşlı qızın mədəsindən çıxanlar görənləri dəhşətə gətirdi

Kişi arvadının böyrəyini oğurlayıb satdı. Səbəb sizi heyrətləndirəcək! (Foto | Video)

Hindistan çox maraqlı və bizim nəzərimizcə qəribə ənənələri olan ölkədir. Bu ölkədə baş verənlər hətta blokbasterlərə ssenari olacaq qədər maraqlı və macəra doludur.

Bu günlərdə bu ölkədə baş vermiş bir hadisə isə bütün dünyanın marağına səbəb oldu. Evli kişi cehizi az gətirdiyinə görə, arvadının böyrəyini oğurlamalı olub. Rita Sarkar ərə gələndə ərinin düşüncəsinə görə lazım olan miqdarda cehiz gətirməyib. Əri isə ədaləti bu yolla bərpa etməyə qərar verib.

Uzun illər evli olsalar da, ər həmişə bunu arvadının başına qaxaraq onu gözükölgəli edirdi. Günlərin birində Ritanın kor bağırsağı kəskin sancınca əri onu özəl kliniklardan birinə apardı. Xəstəxanadan çıxandan sonra qadın özünü heç yaxşı hiss etmirdi. Qadın ərinə yalvarsa da, o, qadını təkrar  xəstəxanaya aparmaq istəmirdi. Nəhayət, atası tərəfindən  xəstəxanaya aparılanda rentgen görüntülərində məlum oldu ki, qadının bir böyrəyi çatışmır. Və üstəlik, böyrəyin kəsilib götürüldüyünü  göstərən xarakterik çapıq yeri qalmaqdaydı. Rita məsələylə bağlı polisə müraciət edincə məlum oldu ki, əri Bisvadcit onun adından sənəd imzalayaraq böyrəyinin kəsilib satılmasına icazə verib.

İndi Rita infeksiya düşdüyü üşün ikinci böyrəyinin ağrılarından əziyyət çəkir. Ərinə isə 11 yaşlı oğlunun anasının həyatına qəsd etdiyinə görə məhkəmə işi açılıb. (Bizim Yol)

 

Bunu da oxu:

Türkiyədə Azərbaycan Universitetinin saxta məzunu, saxta professor həbs olundu

Türkiyənin Bursa şəhərində fəaliyyət göstərən bir doktorun xəstələrin şikayətindən sonra 8 il ərzində saxta fəaliyyətlə …