Baş səhifə / Kuryoz / Məhkəmədə Allahı mühakimə ediblər: Çıxardıqları hökmə baxın!
mehkeme

Məhkəmədə Allahı mühakimə ediblər: Çıxardıqları hökmə baxın!

“Müttəhim” rus xalqına qarşı cinayətlərdə ittiham olunub

Bizim Yol xəbər verir ki, ABC (İspaniya) jurnalisti sensasiyalı yazı dərc etdirib. Onun yazdığına görə, arxiv sənədlərinə əsasən, 100 il qabaq – 1918-ci ildə Moskvada Tanrının üzərində məhkəmə qurulub. Məhkəmənin sədri Rusiya bolşevik hökumətinin xalq maarif komissarı Lunaçarski olub. Tanrı üzərində məhkəmə prosesi 1919-cu ildən başlanıb. 1923-cü ildə Sovet hakimiyyəti də bu məhkəmələri davam etdirib. Proses 5 saat çəkib.

İttihamçılar Allahın (“Boq”) rus xalqına qarşı “cinayətləri” haqda siyahını elan edib, dövlətin təyin elədiyi vəkillər isə Tanrını müdafiə ediblər. Vəkillər hətta “məhkəmə”dən “ağılkəmliyini” və “psixi pozuntularını” nəzərə alaraq müttəhimə bəraət verilməsini xahiş ediblər. Zalda çoxlu tamaşaçı olub. Müttəhim kürsüsünə Bibliya kitabını qoyublar. “Müttəhim” “bütün bəşəri təmsil edən rus xalqına qarşı cinayətlər və soyqırım” tərətməkdə ittiham olunub.

Ancaq məhkəmə “Boq” ölüm hpkmü çıxarıb; elan edilib ki, müttəhim ertəsi gün səhər güllələnsin: “Ertəsi gün sübh çağı bir bölük əsgər məhkəmənin qərarını yerinə yetiriblər – Moskva üzərində səmaya bir neçə dəfə atəş açıblar”. (Bizim Yol)

Bunu da oxu:

Sahibkarlar “Karvan” ticarət mərkəzindən şikayətçidirlər (Video)

Bizim Yol-a müraciət edən sahibkarlar Fizuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva “Karvan” Ticarət Mərkəzinin …