Baş səhifə / Gündəm / Növbədənkənar prezident seçkiləri ilə bağlı Vahid Əhmədovdan AÇIQLAMA
vahid ehmedov

Növbədənkənar prezident seçkiləri ilə bağlı Vahid Əhmədovdan AÇIQLAMA

“Növbədənkənar prezident seçkilərinin keçirilməsində qeyri-adi heç nə görmürəm”. Bunu “Bizim Yol“a açıqlıamamsında deputat Vahid Əhmədov deyib. O bildirib ki, Konstutusiya dəyişikliyinə uyğun olaraq prezident seçkiləri artıq beş ildən bir deyil, 7 ildən bir keçiriləcək. “Belə olan halda, növbəti prezident seçkiləri 2025-ci ilə təsadüf edir. 2025-ci ildə həm də parlament seçkiləri keçiriləcək. Subyektiv fikrim budur ki, seçkilərin növbədənkənar təyin edilməsi seçkilərin eyni vaxta düşməsi ilə əlaqədar məsələdir”.

V.Əhmədov əlavə edir ki, Kobstitusiyaya son dəyişikliklərdə prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyəti verilib və ölkə başçısı da həmin səlahiyyətə uyğun olaraq sərəncam imzalayıb.

Qeyd edək ki, prezident İlham Əliyev növbədənkənar prezident semkilərinin aprelin 11-ə təyin edilməsi barədə sərəncam imzalayıb.

Rəşad VAQİFOĞLU / Bizim Yol

Bunu da oxu:

Zavoddakı partlayışda təxribat ehtimalı

Bakıda zavodda baş vermiş partlayışda təxribat ehtimalı

Politoloq Elxan Şahinoğlu: “Baş verən hadisə təxribat olsa belə, bu, növbədənkənar seçkini dəyişmək iqtidarında deyil” …