Baş səhifə / Araşdırma / Növbədənkənar seçimin pərdəarxası: Prezident seçkilərinin vaxtı nədən dəyişdi?
Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edildi - TƏCİLİ

Növbədənkənar seçimin pərdəarxası: Prezident seçkilərinin vaxtı nədən dəyişdi?

Ölkə Prezidentinin sərəncamı ilə növbədənkənar Prezident seçkiləri təyin olunub. Növbədənkənar seçkilər aprelin 11-də keçiriləcək. Qüvvədə olan Konstitusiyanın 101-ci maddəsinin 1-ci bəndinə görə, fəaliyyətdə olan dövlət başçısının növbədənkənar Prezident seçkiləri təyin etmək hüququ var.

2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) vasirəsilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər sırasında növbədənkənar prezident seçkilərinin təyin olunması da vardı. Eyni zamanda Prezidentliyə namizədlərə aid tələblər də dəyişib – aşağı yaş senzi Konstitusiyadan çıxarılıb. Əvvəlki tələblər qüvvədə qalıb, yəni Prezidentliyə namizəd son 10 ili ölkədə daimi yaşamış olmalıdır. Seçkidə iştirak hüququ olan, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəlikləri olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan ölkə vətəndaşı Prezidentlik yarısışına qoşula bilər. Hazırkı Prezident İlham Əliyev bu tələbləri tamamilə ödəyir.

İlham Əliyev

Konstitusiyada 2009-cu il martın 18-də keçirilmiş referendumla Konstitusiyaya edilmiş dəyişiklikdən sonra bir şəxsin dalbadal iki dəfədən artıq seçilməsini istisna edən maddə Əsas Qanundan çıxarılıb. Buna görə də İlham Əliyev artıq 4-cü dəfə də Prezidentliyə namizədliyini irəli sürə biləcək.

Güman edirəm ki, növbdənkənar Prezident seçkilərini keçirmək zərurəti bir çox faktorlardan irəli gələ bilər: birincisi, hazırda beynəlxalq siyasi şəraitin mürəkkəbləşməsi və Azərbaycana olan birbaşa və dolayı təzyiqlər və təhdidlərin artması, ikincisi, ölkədə keçirilməsi vacib olan siyasi və iqtisadi islahatların sürətləndirilməsi; üçüncüsü, ölkənin daha çevik idarə olunması prinsip və formalarını dəyişmək üçün zaman əldə etməkdir.Təbii ki, müxalifət bunu İlham Əliyevin hakimiyyətinin möhkəmləndirilməsi və uzadılması kimi qiymətləndirəcək. Burda birinci hissə doğrudur; bir az əvvəl sadalanan səbəblər varsa, hakimiyyətin möhkəmləndirilməsinə normal baxmaq lazım gəlir. Hhakimiyyətin uzadılmasına gəlincə, İlham Əliyevin hələ hazırkı səlahiyyət müddətinin 9 ayı vardı. Bundan sonra da 7 illiyə seçilcəksə, onun üzərinə 9 ay gələ bilərdi, o halda İlham Əliyevin Prezident hakimiyyət səlahiyyəti daha uzun olacaqdı. Ancaq ölkə başçısı hazırkı səlahiyyət müddətini başa vurmadan növbədənkənar seçkilərə gedirsə, deməli, bunun üçün çox ciddi başqa səbəbləri var. Ən əsas məsələlərdən biri hakimiyyət komandasının tərkibi və ümumiyyətlə, struktur dəyişiklikləri ola bilər. Məlumdur ki, Konstitusiyaya görə, Prezident seçkiləri keçirildikdən sonra seçilmiş Prezident and içən kimi Nazirlər Kabineti istefaya gedir. Eyni zamanda yeni Prezidentin Adminstrasiyanı da yenidən formalaşdırmaq hüququ və imkanı olur. Bu, dövlət başçısına daha çevik və daha peşəkar iqtidar komandası qurmaq şansı verir. Doğrudur, komandanın tamamilə gənclərdən formalaşdırılacağını düşünmək də yanlış olar; İlham Əliyevin siyasi idarəçilik üslubuna bələd olanlar bilir ki, o, təcrübəli məmur korpusundan da imtina etmir. Hər həlda bu addım ölkədə mühüm dəyişmələrin başlanğıcı ola bilər. Ölkə rəhbərinin əlində, təbii ki, vətəndaşlara məlum olmayan (əslində dövlət sirri səviyyəsində olan) strateji informasiyalar olur; ola biılsin ki, hansısa xarici və ya daxili qüvvələrin növbəti seçkilər zamanı və ondan sonra ölkədə Konstitusiyadankənar hakimiyyət dəyişikliyi etmək və bunun üçün qarışıqlıq yaratmaq planı var və bu plan Prezidentə məlum olub. Seçkilərin vaxtının daha əvvələ çəkilməsi bu səbəbdən də ola bilər.

İstənilən halda Prezident İlham Əliyev, necə deyərlər, topu tərs küncə vurmaqla təhdid mənbələrini çaşdırmış olur. Təbii ki, ölkə müxalifəti və Şimali Amerikanın və Qərbi Avropanın bəzi siyasi və kəşfiyyat dairələri bu addımdan məmnun olmayacaqlar; Avropa qurumlarında Azərbaycan tənqid olunacaq. Bunun da səbəbi məlumdur; əslində həmin xarici güclər Azərbaycanda siyasi durumu laxlatmaq üçün düyməyə basmışdılar. Son zamanlar “hybrid müharibələr” dəbdə olduğu kimi, “hybrid siyasət” də fəallaşır. Qərb mətbuatında Azərbaycana qarşı kompromat savaşı elan edilməsi və xaricdə olan azərbaycanlı mühacirlərin Avropa şəhərlərində aksiyalara başlaması bunun görsənişləri idi. Və təbiidir ki, bu durumda Azərbaycana qarşı düşmən mövqedə olanlar Azərbaycan hakimiyyətinə qarşı basqılardan istədikləri qədər fayda götürməyə çalışacaqlar. Qardaş Türkiyənin nümunəsinə baxaq; Türkiyəni öz qarşısında diz çökməyə məcbur etmək istəyən, ancaq bunu bacarmayan dövlərlər PKK-ya həm Türkiyə Silahlı Qüvvələri ilə döyüş meydanında, həm də Avropa paytaxtlarında qucaq açırlar (hətta Almaniya parlamentində belə). Bu, Azərbaycan üçün də düşündürücüdür. Belə bir mühüm qərarın qəbul olunması da bu faktorlarla bağlıdır.

Bizim Yol

Bunu da oxu:

İcra başçısından Prezidentə şikayət edildi: “Qohumları korrupsiya şəbəkəsi qurub”

Göyçay sakinlərinin bir qrupu: “Mehdi Səlimzadənin qohumları korrupsiya şəbəkəsi qurub” Göyçay rayonunun bir qrup sakini …