Baş səhifə / Dünya / Oyuncaq pələngi gerçək bilib polis çağırdılar: “Xilasetmə əməliyyatı” 45 dəqiqə çəkdi
Oyuncaq pələngi gerçək bilib polis çağırdılar

Oyuncaq pələngi gerçək bilib polis çağırdılar: “Xilasetmə əməliyyatı” 45 dəqiqə çəkdi

Silahlı polis dəstəsinin dinc sakinlərin oyuncaq pələngdən xilas edilməsi üçün apardığı unikal əməliyyatı başa çatdırmaq üçün 45 dəqiqə lazım gəldi.

Bu ilin yanvar ayında şotlandiyalı Bryus Qrabb (Bruce Grubb) Aberdinşer vilayətində yerləşən fermer təsərrüfatına baş çəkmək üçün yola çıxdı. Yolun yarısında o torpaq yolun ortasında uzanmış pələngi görüncə qorxuya düşdü və dərhal polisə zəng vurdu. Yalan söyləmədiyinə inandırmaq  üçün o pələngin şəklini də çəkib polisə göndərdi. Təcili  surətdə hadisə yerinə gələn polis komissarı hadisə yerinə çatsa da, kömək gələnə qədər avtomobillərdən düşməməyi əmr etdi.  5 polis avtomobili  pələngi  əhatə etmək üçün toplandı, ərazi əhatəyə alındı və vəhşi heyvan müşahidə altına alındı. Lakin 45 dəqiqə ərzində pələngin tərpənmədiyini görən polislər şübhəyə düşdülər və yaxınlaşarkən onun  həqiqi pələng böyüklüyündə olan yumşaq oyuncaq olduğunu anladılar.

Polisə zəng etmiş şotlandiyalı cərimələnmədi, çünki  pələngin  gerçək və ya oyuncaq odluğunu kənardan baxınca qaranlıqda ayırd etmək doğrudan da imkansız idi.

İlhamə / Bizim Yol

 

 

Bunu da oxu:

Bu tort bütün dünyanı heyran qoydu: Qiyməti sizi heyrətə gətirəcək (Video)

Bu tort bütün dünyanı heyran qoydu: Qiyməti sizi heyrətə gətirəcək (Video)

Bu toy tortu öz təntənəli görünüşüylə hər kəsi heyran edib. Bu kulinariya şedevri Qazaxıstanda Şimkənt …