Baş səhifə / Cəmiyyət / Səhmdardan “Nurgün Motors”a qarşı şok iddia – VİDEO

Səhmdardan “Nurgün Motors”a qarşı şok iddia – VİDEO

Bizimyol.net-ə müraciət edən “Uşaq Sevinci” ASC-nin səhmdarı Rəcəbov Vəzir İldırım oğlu həmin səhmdar cəmiyyətdə 90 faizdən yuxarı səhm paketinə məxsus “Nurgün Motors” MMC-dən şikayətçidir.

Şikayətçi bildirib ki, “Nurgün Motors” MMC “Uşaq Sevinci”nin icra strukturuna MMC-yə yaxın şəxsləri gətirərək səhmdar cəmiyyətini iflic edib. Onun sözlərinə görə, uzun illərdir ki səhmdarların ümumi yığıncağı çağrılmayıb. Səhmdarlar bir neçə ildən sonra xəbər tutublar ki “Uşaq Sevinci” ASC-yə məxsus əmlak “Nurgün Motors”a satılıb.
V.Rəcəbov deyib ki, “alqı-satqının ləğv olunması” tələbi ilə Nərimanov rayon məhkəməsinə müraciət edib: “Nurgün Motors” MMC səhmdar cəmiyyətə məxsus 1062.kvm tikilini və 0,80 ha torpaq sahəsini səhmdarları çağırmadan 50 min manata öz adına rəsmiləşdirib. Məhkəməyə etdiyimiz müraciətlə əlaqədar aparılan araşdırma zamanı alqı-satqı müqaviləsində göstərilən əmlakın bazar qiymətini müəyyən etmək üçün hakim ekspert kimi “Əmlak Bazarı İştirakçılar” İctimai Birliyini cəlb edib. Həmin təşkilat da müəyyən edib ki, özgəninkiləşdirmə dövrünə satılan əmlakın dəyəri 11 milyon 500 min manat təşkil edir. Bu o deməkdir ki, səhmdarlar 1 səhmə düşən 12 manat dividenddən məhrum olublar. Dövlət büdcəsi də 1,8 milyon manat ƏD-dən və 1,6 milyon manat mənfəətdən məhrub olub”.

V.Rəcəbov deyib ki, onun “alqı-satqının ləğv olunması” tələbini Nərimanov rayon Məhkəməsi təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.
V.Rəcəbov deyir ki, o “protokolun ləğv olunması” iddiası ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib: “İş hakim Natavan Tağıyevanın icraatındadır. 16.02.2018-ci il tarixdə işə baxılacaq. Protokolun etibarsız sayılmasını tələb edəcəyik. Çünki protokol tərtib olunanda ümumi qaydarla əməl olunmayıb, yığıncaqda səhmdarların iştirakı təmin olunmayıb. Halbuki ciddi məsələ ilə bağlı qərar qəbul edilib. Yəni Mülkiyyətin satılması, nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qərar veriblər. İndi cəmiyyətin heç nəyi yoxdur”.

“Uşaq Sevinci” ASC-nin səhmdarı Vəzir Rəcəbovun iddiaları əsasında 09.02.2108-ci il tarixdə “Nurgün Motors” MMC-nin elektron ünvanına ([email protected]) informasiya sorğusu göndərilib. Sorğuya cavab verilməsi üçün həmin gün şirkətin hüquqşünası ilə telefonla əlaqə saxlanılıb.

Ramid İbrahimov / Bizim Yol

Bunu da oxu:

Azərbaycanda ailə dramı: Evsiz və işsiz olduğuna görə ailəsi dağıldı (Video)

İkinci qrup əlil, Şəki rayonun Oxud kənd sakini Əhmədov Kənan Nemət oğlu məşğulluq probleminin həll …