Baş səhifə / Manşet / Smartfonunuz itib? Nələr etmək olar, nələr etmək olmaz…
Smartfonunuz itib? Nələr etmək olar, nələr etmək olmaz...

Smartfonunuz itib? Nələr etmək olar, nələr etmək olmaz…

Smartfonlar artıq həyatımızın bir parçasına çevriliblər. Onlar bizim məxfi materiallarımızın daşıyıcılarıdırlar. Məhz buna görə bir çoxları onların itirilməsini fəlakət hesab edirlər.

Telefonu operator vasitəsi ilə izləmək mümkündürmü?

Yalnız polisin sorğusu əsasında və cinayət işi çərçivəsində bu mümkündür. Yəni, siz telefonunuzun oğurlanması barədə ərizə yazırsınız və operator həmin nömrəyə daxil olan zənglər barədə məlumat verir. Bu  hərəkət IMEI iddentifikasiya kodu vasitəsi ilə həyata keçirilir.

IMEI kod vasitəsi ilə axtarış ən səmərəli üsul heab olunur

Polisə nə zaman müraciət etmək lazımdır?

Əgər telefonun oğurlandığını dəqiq bilirsinizsə  və əlinizdə zəmanət kağızı və digər sənədlər varsa müraciət edə bilərsiniz. Sadəcə telefonu itirib yalandan “oğurlandı” deyə ifadə verməklə zaman itkisinə yol verəcəksiniz.

Axtarış yalnız 1 ay davam edəcək. Telefon tapan şəxs bu barədə polisə müraciət etdikdən 6 ay sonra telefon sahibi tapılmırsa, qanunla telefon tapan şəxsin mülkiyyətinə verilməlidir. Statistikaya görə, itmiş 100 000 telefondan ylnız 13 000-i polis tərəfindən tapılaraq sahibinə qaytarılıb. Polis bu kod vasitəsi ilə yalnız ağır cinayətkarları, ölüm faktları varsa  axtarır. Əks halda, kiçik oğurluqlara görə o qədər də böyük  zəhmət çəkilmir .

Əgər oğru səfehlik edib telefondan nömrəni çıxarmayıbsa, onda  telefonun tapılması asanlaşır.Hətta siz pul verib belə xidmt göstərən bəzi saytlar vasitəsi ilə nömrənizi izlədə bilərsiniz. Bu servislər  mobil şəbəkələrin xidməti komandaları vasitəsi ilə ötürülən SS7 siqnal protokollarından istifadə edirlər. Bu protokollar eyni zamanda başqaları üçün təhlükəli də ola bilər. Axı bellə siqnalları dinləməklə məxfi məlumatlar , bank hesabları, şifrələnməmiş yazışmalar da ələ keçirilə bilər. İnformasiya təhlükəsizliyi sahəsində  çalışan mütəxəssislər bu  saytların  qanuni fəaliyyət göstərməsindən şübhəlidirlər. Bu kimi saytlar vtəndaşa  xidmət göstərməyə başlamazdan öncə öz  xeyirlərinə olan bir çox informasiyanı ələ keçirirlər.

Söndürülmüş elefonları izləmək olurmu?

Bəzi saytlar “hə” desələr də mütəxəssislərin fikrinə görə bu real deyil.Əgər telefona xüsusi çip xxəfiyyə taxılıbsa məsələ başqa rəng alır.

Əgər telefonunuzu xaricdə  olarkən itirmisiizsə, bu barədə yerli polisə xəbər verib ,öz operatorunuza sim kartınızı blok etdirməlisiniz.

Bəs öncədən hansı tədbirləri almaq olar?

Pulsuz şəkildə fəaliyyət göstərən  iPhone – «Find My iPhone»( telefonumu tap), bunun analoqu olan Google – «Android Device Manager» proqramlarından istifadə etmək olar. Bunlar sizin qadjeti lokallaşdırmağa kömək edər. Bu proqramlar telefon itsə belə, sizin şəxsi məlumatlrınızın blok edilməsinə kömək edəcək. Bu proqramlar ayrıca   qovluqda sizin  lazımi materiallarınızı qoruyub saxlayacaq.

Həmçinin, oğurluq əleyhinə bəzi proqramlar var ki, (məsələn- rusların antivor proqramı) oğruya smartfonla sərbəst hərəkət imkanı vermir, kameralar onun şəklini çəkib ötürə bilər, siqanlizasiya işə düşə bilər və bu kimi bir çox  faydalı əməliyyatlarla telefonu qoruma altına almış olarsınız.

İlhamə / Bizim Yol

 

 

Bunu da oxu:

ATV-nin keçmiş prezidenti Tağı İbrahimova şok ittiham: 1 milyon manat...

ATV-nin keçmiş prezidentinə şok ittiham: 1 milyon manat…

ATV-nin keçmiş prezidenti iş adamı Tağı İbrahimov mənimsənilmədə günahlandırılır. 42 vətəndaş dövlət başçısına şikayət edərək …